“Çelsi”nin futbolçusu Eden Hazard London klubu ilə yeni müqavilə imzalamayacaq.

Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi artıq İngiltərə təmsilçisi ilə yollarını ayırmağa qərar verib.

Belçika millisinin forvardını heyətinə qatmağa çalışan klubların siyahısında Madrid “Real”ı öndə gəlir. Ancaq İspaniya nəhəngi sözügedən oyunçunun müqaviləsi 2020-ci ilin iyununda başa çatacağı üçün, “Çelsi”yə 100 milyon funt sterlinq təzminat ödəmək istəmir.

Hazardın yeni müqavilə təklifini qəbul etməməsi "Çelsi"nin oyunçunu pul itirməmək üçün satmağa məcbur edə bilər. Çünki 2020-ci ilin yayında o, azad agent olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp