Avropa çempionatlarındakı klubların vəziyyətlərini araşdıran “Euro Club İndex” saytı, Azərbaycan Premyer Liqasında cari mövsümün çempionunun adını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, “euroclubindex.com” saytının araşdırmalarına görə, bu mövsüm Premyer Liqada çempion “Qarabağ” olacaq. 

Ağdam təmsilçisinin çempionluq şansı 84,8 faiz olaraq müəyyən edilib. Hazırda turnir cədvəlində “Qarabağ”la şərikli lider olan “Neftçi”nin şansları isə 15,2 faizdi.

Mövsümün sonunda Premyer Liqanı tərk edəcək klub isə “Keşlə” olaraq müəyyənləşdirilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp