"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan Çempionlar Liqasının 1/4 finalında "Tottenhem"ə uduzduqları ilk oyunu (0:1) şərh edib. "SportBild"ə danışan türkəsilli alman yarımmüdafiəçi bəsit səhvlərə yol verdiklərini söyləyib : "Böyük komandalar bu cür matçlarda qələbə qazanırlar. "Tottenhem" qarşısında kifayət qədər cəsarətli olmadıq. Bəsit səhvlər etdik. Çempionlar Liqası oyunlarında gərgin oluruq və hər zaman yanlış qərarlar veririk".
O deyib ki, əgər qaçırdıqları penaltini qola çevirsəydilər, istədikləri nəticəni əldə edə bilərdilər: "Penaltini qaçırmağımız matçın qırılma nöqtəsi oldu. Bu cür səhvləri böyük komandalar etməz. Biz hələ böyük komanda deyilik".