“Fənərbaxça”nın futbolçusu Roman Noyştadter yayda klubu tərk edəcək. Rusiyalı müdafiəçi Super Liqanın lideri “Başakşəhər”lə razılığa gəlib.
Türkiyə mətbuatının xəbərinə görə, “bülbüllər”in heyətində az şans qazanan Noyştadter mövsümün sonunda “Başakşəhər”ə qoşulacaq. 2016-cı ildən “Fənərbaxça”da forma geyinən 31 yaşlı müdafiəçinin hazırkı müqaviləsi yayda bitir.