Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.

Futbolinfo.az xəbər verir ki, İngiltərənin “Arsenal” klubu doğma azarkeşləri önündə “Napoli”ni qəbul edib və iki cavabsız qolla qalib gəlib. 

Digər İngiltərə təmsilçisi “Çelsi” isə Çexiya səfərinə yollanıb. “Zadəganlar” “Slaviya” klubuyla qarşılaşmada minimal hesabla üstün olublar.

Portuqaliyanın “Benfika” klubu Almaniya “Ayntraxt”ı ilə üz-üzə gəlib. Gecənin ən məhsuldar qarşılaşması meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Günün digər qarşılaşmasında isə ispanların dueli olub. “Vilyarreal” öz meydanında “Valensiya” ilə münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Avropa Liqasının final matçı mayın 29-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası
1/4 finalın ilk oyunları

11 aprel

Arsenal (İngiltərə) – Napoli (İtaliya) 2:0
Qol: Remzi, 15. Kulibali, 25-öz qapısına.

Vilyarreal (İspaniya) – Valensiya (İspaniya) 1:3
Qol: Kasorla, 36-pen – Quedes, 6; 90+3. Vass, 90+1. 

Benfika (Portuqaliya) – Ayntraxt (Almaniya) 4:2
Qol: Feliks, 21-pen; 43; 54. R.Dias, 50 – Yoviç, 40. PasientsaŞ 72.

Slaviya (Çexiya) – Çelsi (İngiltərə) 0:1
Qol: M.Alonso, 86.

Shares: