Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov karyerasını İtaliyada davam etdirməyə çox yaxındı. Almaniya mətbuatının yazdığına görə, "Aue"nin futbolçusu "Peskara"nın formasını geyinməyə hazırlaşır.
Bildirilir ki, B seriyası təmsilçisi futbolçu ilə danışıqları yekunlaşdırmaq üzrədi. Bu mövsüm A seriyasına vəsiqə qazanmağı hədəfləyən "Peskara" yayda heyətini gücləndirmək niyyətindədi. "Aue"də əsas heyətə düşə bilməyən Nazarov da karyerasını İtaliyada davam etdirməyin əleyhinə deyil.
Yeganə problem Nazarovun "Aue" ilə müqavilə müddətinin 2021-ci ilin yayına qədər olmasıdı. Bu üzdən italyanlar 29 yaşlı oyunçu ilə yanaşı, klubunu da razı salmalıdı. Bu transfer "Peskara"ya 600 min avroya başa gələ bilər.
Qeyd edək ki, Dmitri Nazarov "Aue"yə 2016-cı ildə "Karlsrue"dən keçib.