“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Yunayted”i minimal hesabla məğlub edib.

Futbolinfo.az xəbər verir ki, görüşün taleyini matçın 13-cü dəqiqəsində “Mançester Yunayted”in müdafiəçisi Luk Şou həll edib. “Barselona” Şounun avtoqoluyla matçdan qalib ayrılıb.

UEFA-nın saytının yaydığı məlumata görə, “Barsa” ÇL-də 14-cü dəfədir ki, avtoqol hesabına qələbə qazanır. Kataloniya təmsilçisi bu göstəricidə “Real” və “Çelsi”nin rekordunu təkrarlayıb.

Shares: