Premyer Liqanın autsayderi "Keşlə"nin yerli futbolçuları mövsümün sonunu gözləyirlər.
Futbolinfo.az xəbər verir ki, komandanın aparıcı futbolçuları Premyer Liqanın digər klubları ilə danışıqlar aparır.
Slavik Alxasov, Azər Salahlı, Tərlan Quliyev, Vüsal İsgəndərli və Amil Yunanov paytaxt klubu ilə mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmayacaq. Adları çəkilən oyunçular elitanın digər klublarına keçməyi düşünür. (Sportal.az)