İspaniya Futbol Federasiyası Madrid “Atletiko”sunun hücumçusu Dieqo Kostanı cəzalandırıb.

Futbolinfo.az xəbər verir ki, La Liqa çərçivəsində “Barselona” ilə səfər matçının əvvəlində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulan Braziliya əsilli ispaniyalı futbolçu 8 oyunluq diskalifikasiya edilib.

Bu isə Kostanın cari mövsümü vaxtından əvvəl başa vurması deməkdi. Məsələ burasındadı ki, İspaniya Liqasında mövsümün başa çatmasına 7 tur qalıb.

Xatırladaq ki, “Barselona” – “Atletiko” matçı Madrid təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı.

Shares: