Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 23-cü turunun ən yaxşı futbolçusu məlum olub.
Futbolinfo.az xəbər verir ki, bu, “Neftçi”nin üzvü Baqali Dabodu.
Fransız oyunçu “Zirə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Neftçi” “Zirə”ni 4:2 hesabıyla məğlub edib.