AFFA-nın “Huner Group” şirkətini məhkəməyə verəcəyi haqqında məlumata sözügedən qurum rəsmi münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, sport7.az-a danışan AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla AFFA-nın "Huner Group"u məhkəməyə vermədiyini bildirib:
 
"AFFA-nın "Huner Group"u məhkəməyə verəcəyi ilə bağlı məndə rəsmi məlumat yoxdu. Məhkəməyə verməmişik. Narazılıq ilə bağlı onu deyə bilərəm ki, şirkətin çəkdiyi reklam rolikində AFFA-nın əmtəə nişanından istifadə olunub. Və bununla bağlı qurumdan icazə alınmayıb. AFFA-nın loqosu rəsmi qeydiyyatdan keçib və hər hansı bir şirkət bu loqodan hər hansı rolikdə, yazıda və s. şəkildə istifadə edərsə, AFFA-dan razılıq almalıdır. Bununla bağlı şirkətə narazılıq bildirilirb. 

Digər məqam videoya Kamran Ağayevin çəkilməsidir. Onun da hüquqi baxımdan AFFA ilə razılaşmadan millinin formasında hər hansı bir şirkətin reklam çarxlarında iştirak etməyə ixtiyarı yoxdur. AFFA-nın loqosu AFFA-nın əmtəə nişanıdır və qurumla razılaşmadan hər hansı reklam xarakterli vasitələrdə istifadə etmək olmaz". 

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı ilk xəbəri futbolinfo.az saytı yayıb.

Shares: