İsrail millisinin və “Liverpul”un sabiq üzvü Yossi Benayun karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu “instagram” hesabından məlumat yayıb.
Karyerası ərzində “Liverpul”, “Çelsi”, “Arsenal” kimi klubların şərəfini qoruyan Benayun, 100 dəfə də İsrail millisinin uğurları üçün çalışıb.
Benayunun son iş yeri İsrailin “Beytar” klubu olub.