Rusiyanın “Zenit” klubunun Futbol Akademiyasının 2006-cı il təvəllüdlü fubolçulardan ibarət komandasının baş məşqçisi Aleksandr Selenkov hazırda “Krılya Sovetov”un uğurları üçün çalışan Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevdən danışıb.
Futbolinfo.az xəbər verir ki, "Radio Zenit"ə müsahibə verən mütəxəssis 23 yaşlı futbolçunun Aərbaycan millisini seçməsinə təəssüfləndiyini bildirib:
“O, "Zenit"in 1996-cı il təvəllüdlü futbolçulardan ibarət komandasında oynayanda bizim qanımızı az qaraltmayıb. Demək olar ki, hər oyunda qapımıza qol vururdu. Hələ onda görünürdü ki, bu, yüksək səviyyəli futbolçudur. Çox təəssüf ki, Azərbaycan vətəndaşlığını qəbul etdi və Rusiya millisi üçün oynaya bilməyəcək. Əminəm ki, o, hələ özünü göstərəcək. "Krılya Sovetov" Ramilin səviyyəsində komanda deyil”.
Qeyd edək ki, Şeydayev "Zenit" Futbol Akademiyasının yetirməsidi. O, 2016-cı ilə qədər bu klubun şərəfini qoruyub.