“Çətin oyun idi. Bilirdik ki, yaxşı əhval-ruhiyyədə olmaq üçün yaxşı da nəticə qazanmalıyıq. Ona görə də əlimizdən gələn hər şeyi edib qələbə qazandıq”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ”nin futbolçusu David Volkov deyib.

Premyer Liqanın 24-cü turunda səfərdə "Keşlə” ilə qarşılaşan bölgə təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Matçdan sonra jurnalistlərin suallarını cavablandıran gürcü oyunçu "Qəbələ”də ilk qolunu vurmasından danışıb: "Bunun üçün bir az gözləməli oldum. Sevincliyəm, nəhayət tilsimi qırdım. Demək olar, iki il idi ki, bu cür meydanda oynamırdım. Süni örtükdə oynamaq çox ağırdı. "Neçə oyun idi ki, qələbə qazana bilmirdik, ardıcıl heç-heçələr edirdik, "Qarabağ”a uduzmuşduq, ona görə də bu matça xüsusi motivasiya ilə çıxmışdım. Kuboku qazanmaq əsas hədəflərimizdən biridir. Futbolda hər şey olur, üçüncü yeri tutmaq istəyirik”.

Shares: