Dünən Premyer Liqada XXIV turun son 2 oyunu keçirildi.

Futbolinfo.az xəbər verir ki, “Bayıl Arena"da "Səbail" və "Neftçi" üz-üzə gəlib.

Aftandil Hacıyevin baş məşqçisi olduğu komanda rəqibini büdrədərək onlara çempionluq yolunda ağır zərbə vurub.

Belə ki, "Qarabağ"ın qələbə qazanması ilə "Neftçi" turnir cədvəlinin ikinci pilləsində qalıb və ağdamlılardan 2 xal geri düşüb.

Qarşılaşmanın axır dəqiqələri gərgin keçib. "Səbail"in qapıçısı Aleksandr Rıbka öncə 90+3-cü dəqiqədə sarı vərəqə alıb. Vaxtı uzatması səbəbindən. Ukraynalı kiper final fitindən az keçmiş hakimə iradını bildirib və qarşısında «qırmızı» görüb. Səbuhi Bayramova nə deyib?

«Sən bura bizi uduzdurmağa gəlmişdin, amma bacarmadın. Vaxtı çox uzatdın. Sən killərsən!» – baş hakim bu sözlərdən sonra Rıbkanı cəzalandırıb. (Sportinfo)

Shares: