Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun son turlarında qeydə alınan qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
21-ci turun “MOİK” – “Qarabağ-2” matçında MOİK-in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyun bitdikdən sonra “Qarabağ-2”-nin futbolçusu Məmməd Hüseynov təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
22-ci turun “Şüvəlan” – “Kəpəz” matçında “Şüvəlan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
22-ci turun “Qarabağ-2” – “Neftçi-2” matçının 90+8-ci dəqiqəsində “Qarabağ-2”-nin futbolçusu Toral Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klubu 20 manat cərimə olunub.
22-ci turun MOİK – “Keşlə-2” matçında “Keşlə-2”-nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “Keşlə-2”-nin futbolçusu Orxan Fərəcov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
22-ci turun “Səbail-2” – “Qaradağ Lökbatan” matçında “Səbail-2” komandasının xərək daşıyan uşaqlarının sayı əsasnaməyə uyğun olmadığına görə, klub 80 manat cərimə olunub.
22-ci turun “Sumqayıt-2” – “Sabah-2” matçında “Sumqayıt-2” komandasının xərək daşıyan uşaqlarının sayı əsasnaməyə uyğun olmadığına görə klub 80 manat cərimə olunub.