Futbol üzrə Azərbaycan Birinci Divizionunda 23-cü tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. 

“Keşlə-2” “Zirə-2”-ni, “Ağsu” isə “Qaradağ Lökbatan”ı məğlub edib. “Sabah-2” isə “Səbail-2” üzərində 4 qolla qalib gəlib. “Turan Tovuz” öz meydanında “Şüvəlan”a minimal hesabla məğlub olub.

Birinci Divizion
23-cü tur

16 aprel

Keşlə-2 – Zirə-2 3:1
Qol: Ülvi İbrahimov, 28. Qədir Bayramlı, 44. Nurlan Quliyev, 55-pen – Müşfiq İlyasov, 46. 
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Elman Kərimov, Əliyar Ağayev
“ASK Arena”

Turan Tovuz – Şüvəlan 0:1
Qol: Məmməd Quliyev, 71-pen.
Qırmızı vərəqə: Eltay Tağıyev, 69 (“Turan Tovuz”).
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Taleh Məmmədov, Rövşən Rəcəbov
Tovuz şəhər stadionu

Sabah-2 – Səbail-2 4:1
Qol: Tacir Əlizadə, 4;55. Ayxan Quluzadə, 73; 75 – Xəlil Bəşirov, 85.
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Səbuhi Soltanov, Rauf Allahverdiyev
Binə qəsəbə stadionu

Qaradağ Lökbatan – Ağsu 1:2
Qol: Emin Mehtiyev, 19 – Pilağa Mehtiyev, 53-pen. Nahid Zülfüqarov, 78.
Qırmızı vərəqə: Xəyal Əmirli, 65 (“Qaradağ Lökbatan”). 
Hakimlər: Namiq Bəkirov, Nahid Əliyev, Ruslan Quliyev, Vüqar Həsənli
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Turun qalan oyunları sabah keçiriləcək:

Kəpəz– Sumqayıt-2
Zaqatala – Qarabağ-2
Neftçi-2 – MOİK

Shares: