Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, yığmamızı yenidən Faiq Qarayev çalışdıracaq.
6 ay əvvəl Yaponiyada keçirilən dünya çempionatında uğursuz çıxışdan sonra səhhəti ilə bağlı məşqçilik karyerasını başa vurduğunu açıqlayan təcrübəli mütəxəssis yenidən komandanın “sükanı arxasına” qayıdıb.
Qeyd edək ki, F.Qarayev Azərbaycan Voleybol Federasiyasında 1-ci vitse-prezident vəzifəsində çalışır. (ona.az)