Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ilk oyun gününün son matçında lider “Qarabağ” “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirib.
Ağdam klubu zirvədəki mövqeyini qorumaq üçün qələbə qazanmağa borclu idi. Belə də olub. Meydan sahibləri qarşılaşmanı darmadağınla başa vurublar.
Azərbaycan Premyer Liqası
25-ci tur
18 aprel
“Qarabağ” – “Keşlə” 3:0
Qol: S.Slavçev, 18. R.Almeyda, 59-pen. A.Zubir, 75.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.
“Qarabağ”: 13. Vaqner da Silva, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 6. Simeon Slavçev, 8. Markos Madera, 10. Dani Kintana, 11. Mahir Mədətov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 94. Nicat Mehbalıyev, 4. Rahil Məmmədov, 9. Araz Abdullayev, 2. Qara Qarayev, 7. İnnosent Emeqara, 99. Reynaldo Silva, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.
“Keşlə”: 16. Şahin Zəkiyev, 19. Azər Salahlı, 4. Slavik Alxasov (k), 8. Seymur Əsədov, 93. Edvinas Girdvainis, 3. Denis Silva, 22. Nikola Mitroviç, 14. Andre Klennon, 25. Con Kamara, 65. Cabir Əmirli, 11. Vüsal İsgəndərli.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 33. Tərlan Quliyev, 10. Ruslan Nəsirli, 24. Fuad Bayramov, 9. Amil Yunanov, 32. Valeri Kutsenko, 21. Angelo Pena, 2. Sərtan Taşqın, 66. Murad Qayalı.
Baş məşqçi: Tərlan Əhmədov.