Azərbaycan Premyer Liqasının 25-ci turunda evdə "Neftçi"ni qəbul edəcək "Sabah"da 3 itki var.
Futbolinfo.az xəbər verir ki, klubun mətbuat xidmətindən qol.az-a verilən məlumata görə, debütantın heyətində Məqsəd İsayev, Elgün Nəbiyev və Vadim Abdullayev sabahkı görüşdə "ağ-qaralar"a qarşı oynamayacaq. Hər üç futbolçu sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.
Qeyd edək ki, "Sabah" – "Neftçi" oyunu saat 18:30-da başlayacaq.