Rusiyanın “Spartak” klubu Moskvada ABŞ vətəndaşının burnunu qıran azərbaycanlı futbolçusu Ayaz Quliyevi əfv edib.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi üzr istədikdən sonra əsas komanda ilə kollektiv məşqlərə qoşulub.

Quliyev aprelin 11-də baş vermiş insidentlə əlaqədar cəzalandırılıb. O, avtomobil sükanı arxasında olduğu vaxt işıqforun qırmızı işığında yolu keçərək, piyadaların hərəkətinə mane olub. Nəticədə maşın həmin vaxt yolu keçən ABŞ vətəndaşına dəyib. Üstəlik, futbolçu avtomobildən düşərək piyada ilə dalaşıb və onun burnunu qırıb. "Spartak" rəhbərliyi isə Quliyevi əsas komandadan kənarlaşdırmaqla yanaşı, 5 milyon rubl məbləğində cəriməyə məruz qoyub.

Shares: