İspaniyanın “Selta” klubu futbolçusu Yaqo Aspasın müqaviləsinin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi 31 yaşlı hücumçuyla müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniya millisinin də formasını geyinən Aspasın əvvəlki müqaviləsinin müddəti 2021-ci ilin yayına qədər idi.
Aspas bu mövsüm La Liqada 21 qarşılaşmada iştirak edərək, 15 qol vurub.