“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:3 hesabıyla məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransı bunları söyləyib.
– “Qarabağ"ı təbrik edirəm. Belə oyunlarda buraxdığımız səhvlər məni çox məyus edir. Birinci qolda da qapıçımız ağır zədə aldı. Onsuz da itirə-itirə gedirik. Oyundakı uşaq səhvləri məni də çox yorur. İkinci hissədə baş verən hadisələr bizdə başqa fikirlər yaradır. İstəyirəm ki, sakitlik olsun.
– Şahin Zəkiyevin durumu nə yerdədi?
– Xəstəxanadadı. Burnu sınıb.
– Texniki zonadan uzaqlaşdırılmağınız nəylə bağlıdı?
– Şahinə olan zərbəyə görə etiraz edirdim. Qol qeydə alınmamalıydı. Con Kamaranın da vərəqəsinə etirazımı bildirdim. Biz də futbol oynamışıq. Kamaranın epizodunda müdaxilə yox idi. Ancaq sarı vərəqə aldı.
– Bəzi fikirlər formalaşır dediz. Bunu daha aydın deyə bilərsiz?
– Qış fasiləsindən sonra artıq ikinci hissələrdə qol buraxırıq. Bunlar araşdırılmalıdı. Səbəbin axtarır, bilmək istəyirik ki, niyə ikinci hissədə komanda qollar buraxır. 10-15 fikir gəlir beynimizə. (komanda.az)