İspaniyanın “Valensiya” klubu ciddi itkiylə üzləşib.

Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisinin mərkəz yarımmüdafiəçisi Joffrey Kondoqbia uzun müddətə sıradan çıxıb.

Klubun rəsmi saytının yaydığı məlumata görə, 26 yaşlı futbolçu sol ayağından əməliyyat olunub. Mərkəzi Afrika Respublika yığmasının şərəfini qoruyan fransalı futbolçunun bərpasının iki aydan çox çəkəcəyi bildirilir. Bu üzdən də Kondoqbiyanın cari mövsümdə meydana çıxması mümkünsüzdü.

Shares: