Futbol üzrə İtaliya A Seriyasında 33-cü tura start verilib.

Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib. 

Günün ilk oyununda “Milan” səfərdə “Parma” ilə qarşılaşıb və xal itkisi ilə üzləşib.

Lider “Yuventus” bu turda “Fiorentina”nı qəbul edib. Turin təmsilçisi bu görüşdə əzmkar qələbə qazanmaqla ardıcıl 8-ci, bütövlükdə isə 35-ci çempionluğunu təmin edib.

33-cü turun mərkəzi görüşündə “İnter” “Roma” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə isə heç-heçə qeydə alınıb.

İtaliya A Seriyası
33-cü tur

20 aprel

Parma – Milan 1:1
Qol: B.Alveş, 87 – Kastilyexo, 69.

Bolonya – Sampdoriya 3:0
Qol: Tonelli, 54-öz qapısına. Pulqar, 69. Orsolini, 83.

Cenoa – Torino 0:1
Qol: Ansaldi, 58.

Kalyari – Frozinone 1:0
Qol: J.Pedro, 27-pen.

Latsio – Kyevo 1:2
Qol: Kaysedo, 67 – Viqnato, 49. Hetemay, 51.

Udineze – Sassuolo 1:1
Qol: Lirola, 80-öz qapısına – Sensi, 31.

Empoli – SPAL 2:4
Qol: Kaputo, 22. Traore, 47 – Petanya, 38-pen; 61. Flokkari, 44. Antenuççi, 88.

Yuventus – Fiorentina 2:1
Qol: A.Sandro, 37. Petsella, 53-öz qapısına – Milenkoviç, 6.

İnter – Roma 1:1
Qol: Perişiç, 61 – El Şaaravi, 14.

22 aprel

21:00 Napoli – Atalanta

Shares: