Futbol üzrə Portuqaliya yığmasının və İtaliyanın “Yuventus” klubunun hücumçusu Kristiano Ronaldo daha bir ilkə imza atıb.
Futbolinfo.az xəbər verir ki, o, İngiltərə, İspaniya və İtaliya çempionu adını qazanan ilk futbolçuya çevrilib.
Daha əvvəl "Mançester Yunayted"lə 3 dəfə (2007, 2008, 2009) İngiltərə, Madrid "Real”ı ilə isə 2 dəfə (2012, 2017) İspaniya çempionluğu əldə etmiş Ronaldo ötən gün karyerasında ilk dəfə İtaliya A Seriyasının qalibi adını qazanıb. Bu, "Yuventus"un ardıcıl 8-ci, ümumilikdə isə 35-ci çempionluğu olub.
34 yaşlı forvard geridə qalan 33 turda 27 oyuna çıxıb, 19 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.