Futbol üzrə Almaniya Bundesliqasında 30-cu turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bazar günü iki oyun baş tutub.
“Herta” – “Hannover” qarşılaşmasında qapılara qol vurulmayıb.
Dortmund “Borussiya”sı isə “Frayburq”la səfər oyununda 4 cavabsız qola sevinib.
Almaniya Bundesliqası
30-cu tur
20 aprel
Auqsburq – Ştutqart 6:0
Qol: Xedira, 11. Han, 18. F.Maks, 29; 58. Rixter, 53; 68.
Bavariya – Verder 1:0
Qol: Sule, 75.
Bayer – Nürnberq 2:0
Qol: Alario, 61. Volland, 86.
Maynts – Fortuna 3:1
Qol: Mateta, 1; 87. Onisivo, 67 – Lukebakio, 19.
Borussiya (Münhenqladbax) – Leyptsiq 1:2
Qol: Plea, 61 – Halstenberq, 17-pen; 53.
Şalke – Hoffenhaym 2:5
Qol: Kaliqiuri, 60-pen. Burqstaller, 90 – Belfodil, 25; 80. Kramariç, 45. Salai, 65. Amiri, 73.
21 aprel
Frayburq – Borussiya (Dortmund) 0:4
Qol: Sanço, 12. Roys, 54. Qotse, 79. Alkaser, 87-pen.
Herta – Hannover 0:0
22 aprel
22:30 Volfsburq – Ayntraxt