Futbol üzrə Fransa Liqa 1-də 33-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə dörd qarşılaşma keçirilib.

“Tuluza” – “Lill” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Nant” – “Amyen” görüşündə meydan sahibləri sevinən tərəf olub. Səfərdə “Reyms”lə qarşılaşan “Sent-Etyen” isə inamlı qələbəyə sevinib.

Son iki oyunda məğlub olan lider PSJ bu dəfə “Monako”nu qəbul edib. Bu görüşdə inamlı qələbəyə sevinən Paris təmsilçisi eyni zamanda çempionluğunu da təmin edib. Beləcə, paytaxt təmsilçisi ardıcıl ikinci, bütövlükdə isə 8-ci çempionluğunu qazanıb.

Fransa Liqa 1
33-cü tur

19 aprel

Dijon – Renn 3:2
Qol: Aquerd, 20. Jane, 55. Said, 83 – Yunu, 52. Nyanq, 61.

Olimpik (Lion) – Anje 2:1
Qol: Depay, 14. Terrye, 39 – Tusar, 89-öz qapısına.

20 aprel

Genqam – Olimpik (Marsel) 1:3
Qol: Nqbakoto, 56 – L.Qustavo, 4. Okampos, 40. Jermen, 90.

Nitsa – Kan 0:1
Qol: Djiku, 74.

Nim – Bordo 2:1
Qol: Savanye, 16-pen. Ripar, 63 – Maja, 13.

Strasburq – Monpelye 1:3
Qol: P.Martines, 34 – Delor, 22; 86. Molle, 28.

21 aprel

Nant – Amyen 3:2
Qol: Kulibali, 49; 55. Ronqye, 59 – Otero, 62. Timite, 77.

Tuluza – Lill 0:0

Reyms – Sent-Etyen 0:2
Qol: Kabella, 24. Engels, 51-öz qapısına.

PSJ – Monako 3:1
Qol: Mbappe, 15; 38; 55 – Qolovin, 80.

Shares: