Futbol üzrə Yunanıstan Super Liqasında 2018/19 mövsümünün qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Pedro Enrikenin formasını geyindiyi PAOK 34 ildən sonra ilk dəfə ölkə çempionu olub.
29-cu tur çərçivəsində ötən gün evdə "Levadiakos"u 5:0 hesabı ilə məğlub edən Saloniki təmsilçisi xallarının sayını 77-yə çatdırıb və sona bir tur qalmış 72 xalı olan "Olimpiakos" üçün əlçatmaz olub.
Qeyd edək ki, 2017/18 mövsümündə "Qarabağ"da, ardından Qazaxasıtanda "Astana" ilə çempionluq yaşayan Pedro müqavilə ilə məxsus olduğu PAOK-a qayıdışını da qızıl medallarla qeyd edib.