Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları üçün bütün təyinatlar məlum olub.

Futbolinfo.az xəbər verir ki, bu mərhələdə daha çox maraq doğuran “Qəbələ” – “Qarabağ” matçının idarəçiliyi Vüqar Həsənliyə tapşırılıb:

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları

23 aprel

Qəbələ – Qarabağ
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu 
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov 
Qəbələ şəhər stadionu, 16:00

Sumqayıt – Zirə
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sumqayıt şəhər stadionu, 18:30

Shares: