Azərbaycan Premyer Liqasının 25-ci turunun “Sabah” – “Neftçi” oyunu (0:2) Namiq Ələsgərovun dublu ilə əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, vurduğu iki qolla komandasına üç xal qazandıran yarımmüdafiəçi Azərbaycan çempionatlarında ilk dəfə dubla imza atıb.

Namiqin vurduğu ikinci top onun “Neftçi”nin heyətində 10-cu çempionat qolu olub. 57-ci görüşündə yubiley qeyd edən futbolçu 2016/17 mövsümündə 2, ötən çempionatda 5, cari yarışda 3 dəfə fərqlənib. Onun “ağ-qaralar”ın heyətindəki ilk qolu 2017-ci il fevralın 9-da “Keşlə”ylə səfərdəki qarşılaşmaya (3:1) təsadüf edib.

Namiq Premyer Liqa karyerasındakı qol sayını 16-ya çatdırıb. O, “Neftçi”yədək “Bakı”da 2, “Qarabağ”da 1, “Kəpəz”də 3 qola sevinib.

Shares: