“Sabah” Futbol Klubunun üzvləri bu il “Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edəcək. 

Futbolinfo.az xəbər verir ki, Madriddəki turnirə qatılacaq komandanın üzvlərinin iştirakı ilə bu gün mətbuat konfransı təşkil edilib.

Tədbir iştirakçıları əvvəlcə layihədə barədə məlumat veriblər. 200-dən çox ölkənin qatıldığı layihədə başlıca məqsəd sağlamlıq, tərbiyəvi işlərin aşılanması olduğu bildirilib. Dəvəti dərhal qəbul edən “Sabah” yarışda təmsil olunmaq ideyasını müsbət dəyərləndirib. Layihə çərçivəsində məşqçilər üçün də seminar keçiriləcəyi vurğulandı. Premyer Liqamızın debütantı bu tədbirdə uşaq məşqçisiylə də təmsil olunacaq.

Daha sonra “Sabah”ın uşaq komandalarının uğurları barədə bəhs edilib. Madridə gedəcək heyətdə ötən mövsüm U-12 komandaları arasında ölkə çempionu olmuş “Sabah”ın iki futbolçusu iştirak edəcək. Söhbət hücumameylli yarımmüdafiəçi Balamirzə Mehtdyev və qapıçı Ayxan Əlizadədən gedir. Eyni zamanda, bu uşaqların müxtəlif yarışlarda ən yaxşı oyunçular seçildikləri bildirildi. Bununla yanaşı, Fatimə Məhərrəmli də qızların turnirində ilk dəfə ölkəmizi təmsil edəcək.

Tədbirin daha bir maraqlı məqamı "gənc jurnalist"lə təmsil olunmaqdı. Təşkilatçılar ölkəmizi Timur Jeltenkovla təmsil olunmasını məqbul sayıblar. Bu yeniyetmə futbola dair kiçik məqalə yarışmasında ən uğurlu olub və Azərbaycanı təmsil etmək hüququ əldə edib. 

Xorvatiyada, Türkiyədə, Avstriyada beynəlxalq turnirlərdə uşaq komandaları ilə təmsil olunan “Sabah”ın gələcəkdə də azyaşlılara bu cür təcrübə aşılamaq niyyəti barədə məlumat verildi.

Mayın 28-də yola düşəcək təmsilçimiz, iyunun 2-də Vətənə dönəcək. Bu müddətdə turnir iştirakçıları UEFA Çempionlar Liqasının final qarşılaşmasını da izləyəcək. Onu da qeyd edək ki, Azərbaycan 2 oğlan və 1 qızla təmsil olunacaq. Komandaların tərkibi püşkatma nəticəsində müəyyənləşəcək. Belədə, komanda yoldaşları ilə hansı dildə ünsiyyət qurulacaq? Ancaq məlum oldu ki, ölkəmizi təmsil edəcək uşaqlar ingiliscə bilirlər və belə bir problem mövcud deyil. (Sport24)

img 2448fa4c5db2ca7e5160ce93e5d81d22155600489165 - Futbolinfo.az

img 2448fa4c5db2ca7e5160ce93e5d81d22155600489154 - Futbolinfo.az

img 2448fa4c5db2ca7e5160ce93e5d81d22155600489142 - Futbolinfo.az

img 2448fa4c5db2ca7e5160ce93e5d81d22155600489128 - Futbolinfo.az

img 2448fa4c5db2ca7e5160ce93e5d81d22155600489117 - Futbolinfo.az

img 2448fa4c5db2ca7e5160ce93e5d81d22155600489106 - Futbolinfo.az

img 2448fa4c5db2ca7e5160ce93e5d81d22155600489095 - Futbolinfo.az

img 2448fa4c5db2ca7e5160ce93e5d81d22155600489083 - Futbolinfo.az

img 2448fa4c5db2ca7e5160ce93e5d81d22155600489071 - Futbolinfo.az

img 2448fa4c5db2ca7e5160ce93e5d81d22155600489054 - Futbolinfo.az

img 2448fa4c5db2ca7e5160ce93e5d81d22155600489042 - Futbolinfo.az

img 2448fa4c5db2ca7e5160ce93e5d81d22155600489029 - Futbolinfo.az

Shares: