Sabah futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, çempionluğa iddialı “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gələcək. Bu oyunda cəza səbəbindən polşalı müdafiəçi Yakub Jezniçak iştirak edə bilməyəcək. 

Günün ikinci oyununda isə  “Sumqayıt” və “Zirə” klubları üz-üzə gələcəklər. Həmin matçı isə “Sumqayıt”ın müdafiəçiləri – Arif Daşdəmirov və Vurğun Hüseynov kənardan izləmək məcburiyyətindədilər.

"Qəbələ" – "Qarabağ" oyunu 16:00-da, "Sumqayıt" – "Zirə" matçı isə 18:30-da start götürəcək.

Shares: