Futbol üzrə Bosniya və Herseqovina Premyer Liqasında 29-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin yeni komandası “Çelik” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Qoşk” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb – 1:0. Amit bu görüşün iştirakçısı olmayıb. 

“Çelik” hazırda 39 xalla 12 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Shares: