Növbəti mövsümdən İngiltərə Premyer Liqasında mübarizə aparacaq ilk klub bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Çempionşipin 45-ci turunda “Belkbern”i 2:1 hesabıyla məğlub edən “Norviç Siti”, Premyer Liqaya vəsiqə qazanıb. 91 xalla lider olan “sarı bülbüllər” sona bir tur qalmış, Premyer Liqada iştirak hüququnu təmin edib.
Sonuncu dəfə 3 il əvvəl Premyer Liqada olan “Norviç Siti”, ümumilikdə 9-cu dəfə əsas yarışda mübarizə aparacaq.