Futbol üzrə Azərbaycan Premyer Liqasının 26-cı turu “Zirə”də debütlə əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”la matça (0:3) start heyətində çıxan Murad Musayev “qartallar”ın heyətində ilk Premyer Liqa görüşünə çıxıb.
2014/15 mövsümündə də bu komandanın şərəfini qoruyan müdafiəçi 4 il əvvəl 1-ci Divizionda 11 qarşılaşmada meydana çıxmışdı. 2015-ci il mayın 14-də keçirilən “Neftçala” ilə ev görüşü (1:3) Muradın “Zirə”nin heyətində son oyunu olub. 1444 gündən sonra yenidən “qartallar”ın əsas komandasında şans qazanan futbolçu bu dəfə Premyer Liqada oynamaq imkanı qazanıb.
Musayevə qədər 70 futbolçu ölkə çempionatının yüksək dəstəsində “Zirə”nin formasını geyinmişdi. Müdafiəçi bu siyahıda 71-ci olub.