Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Boxum”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Nazarov da bu görüşün iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb.

Komandasının qələbə qolunu da Nazarov vurub. Millimizin üzvü 90+4-cü dəqiqədə penaltidən dəqiq yararlanmaqla matçın yekun nəticəsini müəyyənləşdirib.

“Ersgebirge” hazırda 36 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Shares: