Futzal üzrə UEFA Çempionlar Liqasında 2018/19 mövsümünə yekun vurulub. 

Futbolinfo.az xəbər verir ki, “Almatı Arena”da keçirilən “Dördlər Finalı”ndakı həlledici oyunlardan sonra turnirin bütün mükafatçıları müəyyənləşib. 

Əvvəlcə üçüncü yer uğrunda oyun keçirilib. İspaniyanın iki komandası – “İnter” və “Barselona”nın duelində ikincilər 3:1 hesabı ilə qalib gəlib və bürünc medallara sahib çıxıb. 

Həlledici oyunda isə nəhayət “Sportinq” 2011, 2017 və 2018-ci illərdəki uğursuz finallardan sonra qələbə qazanıb. “Kayrat”ı 2:1 hesabı ilə məğlub edən Portuqaliya təmsilçisi tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub. 

"Sportinq"in qapıçısı Guitta final matçının ən yaxşı oyunçusu seçilib. 

Onu da qeyd edək ki, final qarşılaşmasını rekord – 11973 azarkeş izləyib. 

Shares: