Futbol üzrə Türkiyə 1-ci liqasında 31-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Adana Dəmirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:4.

Ufuk da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Boluspor” hazırda 46 xalla 18 iştirakçı arasında 9-cu pillədədi.

Shares: