Türkiyənin “Alanyaspor” klubunda ağır itki baş verib.
Futbolinfo.az xəbər verir ki, Super Liqanın 30-cu turunun “Kayserispor”la səfər matçından qayıdan “Alanyaspor”un 7 legioneri mikroavtobusla stadiondan ayrılıb. Sürücünün diqqətsizliyi ucbatından yolda avtobus aşıb. Qəzaya onun yatması səbəb olub.
Ağır qəza nəticəsində yaralanan futbolçular təcili tibbi yardımla xəstəxanaya aparılıb. Lakin “Alanyaspor”un hücumçusu Joze Suralın həyatını xilas etmək mümkün olmayıb və o, vəfat edib. Digər futbolçular isə yüngül xəsarət alıb.
Çexiya millisinin də formasını geyinən Sural, 2019-cu ilin yanvarında “Alanyaspor”a transfer edilmişdi.
“Kayserispor” – “Alanyaspor” matçı qollu bərabərliklə bitib – 1:1.