Futbol üzrə Azərbaycan Premyer Liqasının 26-cı turunun “Sabah” – “Keşlə” oyununun keçirildiyi “Əlincə Arena”ya ziyan dəyib.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, oyun zamanı arenanın həkimlər otağının şüşəsi sındırılıb. Bunu qonaq komandanın futbolçusu Edvinas Girdvainis edib. Bu oyunda 90 dəqiqə meydanda olan litvalı müdafiəçinin bu hərəkətinin səbəbi isə bilinmir.

Böyük ehtimalla bu hadisəyə AFFA İntizam Komitəsinin sabah keçirilməli olan iclasında hüquqi qiymət veriləcək. “Keşlə”nin arenaya dəyən ziyanı ödəməsi, futbolçunun isə cəzalanması istisna olunmur.

Shares: