“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 200-cü çempionat qələbəsini qazanıb.

Futbolinfo.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 26-cı turunun “Zirə” ilə səfər oyununa təsadüf edib. 2008-ci ildən “Qarabağ”ı çalışdıran Qurbanov, 11 ildə komandasını Premyer Liqada 340 oyuna çıxarıb.

Bunların 200-də qələbə qazanan komanda, 84 heç-heçə edib və 56 dəfə uduzub. Qurbanovun Premyer Liqa karyerasındakı ümumi qələbə sayı 218-dir.

“Zirə” – “Qarabağ” matçı Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Shares: