“Mançester Siti” İngiltərə Premyer Liqasının 36-cı turunda səfərdə “Bernli”ni məğlub edib – 1:0.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmada yeganə qolun müəllifi olan Serxio Aquero, Premyer Liqada vurduğu qolların sayını 163-ə çatdırıb. O, bununla da, qol sayında “Liverpul”un sabiq hücumçusu Robbi Faulerə çatıb.

Aquero Premyer Liqada ən çox qol vuran 6-cı futbolçu olub. Bombardirlər siyahısında ilk pillədə isə sabiq ingilis hücumçu Alan Şirerdir. Şirer 260 qolla Premyer Liqa tarixində ən çox qol vuran futbolçudur.

Shares: