Futbol üzrə UEFA Gənclər Liqasında 2018/19 mövsümünün qalibi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, finalda “Çelsi”ni 3:1 hesabıyla məğlub edən “Portu” kubokun sahibi olub. Portuqaliya təmsilçisinin qollarına Vieyra, Dieqo Keyruş və Afonso Souza imza atıb. “Çelsi”nin yeganə qolunu isə Redan vurub.
İlk dəfə 2013/14 mövsümündə keçirilən turnirin ilk qalibi “Barselona” olub. Daha sonra – 2014/15 və 2015/16 mövsümündə isə “Çelsi” çempion olub. 2016/17 mövsümündə “Zalsburq”, 2017/18-də isə “Barselona” Gənclər Liqasının qalibi olub.
Bu mövsüm UEFA Gənclər Liqasında Azərbaycanı “Qəbələ” təmsil edib. Qəbələ təmsilçisi turnirin ikinci mərhələsində Almaniyanın “Herta” klubuna uduzaraq, Gənclər Liqası ilə vidalaşıb.