“İnter” futbolçusu Andrea Ranokkiyanın müqaviləsinin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı müdafiəçiylə müddəti 2021-ci ilə qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2011-ci ildə “Cenoa”dan transfer edilən Ranokkiyanın əvvəlki müqaviləsi mövsümün sonunda bitirdi.