Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qəbələ” – “Qarabağ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

“Sumqayıt” – “Zirə” matçı başa çatdıqdan sonra “Sumqayıt”ın mühafizəçisi Elnur İbişov meydana daxil olduğuna görə kluba ciddi xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu cəza gözləyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp