Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Gənclər Liqaısında “Səbail” – “Sumqayıt” matçının 60-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Elçin Abbasov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 60-cı dəqiqəsində “Sumqayıt”ın digər futbolçusu Cavidan Abbaszadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 84-cü dəqiqəsində “Sumqayıt”ın daha bir futbolçusu – Cəlal Cəbrayılov da hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

U-17 Liqasında “Tufan” – “Mil-Muğan” matçının 57-ci dəqiqəsində “Tufan”ın futbolçusu Ramin Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Neftçi” İK İB – “Sumqayıt” FK matçında “Sumqayıt” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-15 Liqasında “Sumqayıt” – “Zirə” matçının 69-cu dəqiqəsində “Zirə”nin futbolçusu Asəf Əliyev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyun başa çatdıqdan sonra “Zirə”nin futbolçusu Murad Əliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırdığı üçün 3 oyun cəzalanıb.

U-15 Liqasının “Neftçi” PFK – “Zaqatala” FK matçında “Zaqatala” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-15 Liqasının “Sabah” – “Qəbələ” matçının 41-ci dəqiqəsində “Sabah”ın futbolçusu Ayxan Qələndərli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Qızlar Liqasının “Fidan” (Bakı) – “Gömrükçü” FK (Bakı) matçının 54-cü dəqiqəsində “Fidan”ın futbolçusu Leyla Ağayeva hakimi təhqir etdiyinə görə 2 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın U-19 – “Ulduz” matçının 29-cu dəqiqəsində U-19-un futzalçısı Vladislav Reznov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Füzuli” – “Sovetski” matçının 29-cu dəqiqəsində “Sovetski”nin futzalçısı Elman Verdizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Bədr FK Xocalı” – “Baker Tilly” matçının 7-ci dəqiqəsində “Baker Tilly” klubunun futzalçısı Rəşad Səttarzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Obolon” – “Borçalı” matçının 20-ci dəqiqəsində “Borçalı”nın futzalçısı Asif İsmayılov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Rəvan” – “STAR karqo” matçının 26-cı dəqiqəsində “STAR karqo”nun futzalçısı Səbuhi Əhmədov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Araz” – “Neftçi” matçının 16-cı dəqiqəsində “Neftçi”nin futzalçısı Rüfət Balakişiyev kobud oyuna görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Neftçi” – EKOL matçı başa çatandan sonra EKOL-un futzalçısı Emin Kürdov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Neftçi”nin futzalçısı Rüfət Balakişiyev tribunadan hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp