Fransa Futbol Federasiyasının İntizam Komitəsi PSJ-nin futbolçuları Neymarla Kilian Mbappeni cəzalandıracaq.

Futbolinfo.az xəbər verir ki, PSJ-nin Fransa kubokunun finalında “Renn”lə qarşılaşdığı oyunda qırmızı vərəqə alan Mbappeyə 3-4 oyunluq cəza veriləcək. Hücumçu, oyunun 118-ci dəqiqəsində rəqib müdafiəçi Damyen Da Silvaya sərt müdaxiləsindən sonra meydandan qovulmuşdu.

Neymar isə azarkeşə yumruq zərbəsi endirdiyi üçün cəzalandırılacaq. Onu tənqid edən azarkeşi yumruqla vuran braziliyalı futbolçunu 3-8 oyunluq cəza gözləyir.

Fransa kubokunun finalında, əsas vaxtı 2:2 hesabıyla bitən matçda penaltilər seriyasında “Renn” qələbə qazanıb və kubokun sahibi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp