İtaliya mətbuatı Roberto Bordinin çalışdırdığı "Neftçi"nin çempionluq şanslarını dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, "rivierasport.it" saytı italiyalı mütəxəssisin bu mövsüm Azərbaycanda titul qazanması üçün möcüzə lazım olduğunu yazıb:
"Bordinin komandasının evdə "Sumqayıt"a uduzmasından sonra lider "Qarabağ"la xal fərqi 5-ə yüksəldi. "Neftçi" ən azı bu mövsümlük çempionluq xəyallarını kənara qoymalıdır. Düzdür, qarşıda hələ 180 dəqiqə var. Amma Bordinə möcüzə lazımdır. O, qarşıdakı turda "Qarabağ"ın "Səbail"lə oyunda büdrəməsini gözləməlidir".
Qeyd edək ki, növbəti turda "Qarabağ" "Səbail"ə qalib gəlsə, "Neftçi"nin oyununun nəticəsindən asılı olmayaraq, çempionluğunu rəsmiləşdirəcək. (qol.az)