Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Tottenhem” “Ayaks”ı qəbul edib. Matça ciddi itkilərlə çıxan meydan sahibləri ilk görüşdə uğur qazana bilməyib. Qonaqlar bu görüşdə minimal hesabla qalib gəliblər.

Bu komandalar arasındakı cavab matçı mayın 8-də keçiriləcək.

Yarımfinal mərhələsinin digər oyununda isə “Barselona” doğma azarkeşləri qarşısında “Liverpul”u qəbul edəcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunları

30 aprel

Tottenhem (İngiltərə) – Ayaks (Hollandiya) 0:1
Qol: Van de Bek, 15.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp